"Getdikcə daha yaxşı oynayacağıq” - Füzuli Məmmədov

"Getdikcə daha yaxşı oynayacağıq” -  Füzuli Məmmədov
ÖLKƏ FUTBOLU 22 Fevral 2020 / 18:12 2749
-  A +

"Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular".
 
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 18-ci turunda bu gün səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

Rəqib haqda müsbət fikirlər səsləndirən baş məşqçi azarkeşlərə də təşəkkür edib: "Düşünürəm ki, "Qəbələ” sonuncu yerə layiq deyil. Yaxşı, mobil komandadır. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə "çox sağ ol” deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.

F.Məmmədov komandasından tam razı qalmadığını da bildirib: "Əsas narazı qaldığım məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməmələridir. Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.

Daha çox


Son xəbərlər