Runinin 500-cü oyunu

Runinin 500-cü oyunu
DÜNYA FUTBOLU 22 Fevral 2020 / 16:46 2401
-  A +

Çempionşipin 34-cü turunda “Fulhem”lə 1:1 hesablı heç-heçə “Derbi Kaunti”nin hücumçusu Ueyn Runi üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 34 yaşı futbolçu İngiltərə çempionatlarında 500-cü oyununu keçirib.

İngiltərə millisinin sabiq hücumçusu “Mançester Yunayted”in heyətində 393, “Everton”un heyətində 98, hazırkı klubu “Derbi Kaunti”nin heyətində isə 9 oyuna çıxıb.

Yanvardan “Derbi Kaunti”də çıxış edən futbolçu, Çempionşipdə iştirak etdiyi 9 oyunda 3 qolla yadda qalıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın