Ayxan Abbasov Meza Kollinin milliləşdirilməsini tənqid etdi

Ayxan Abbasov Meza Kollinin milliləşdirilməsini tənqid etdi
ÖLKƏ FUTBOLU 21 Fevral 2020 / 12:13 4713
-  A +

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Keşlə”nin paraqvaylı legioneri Sezar Meza Kollinin milliləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qol.az saytına açıqlamasında gənc mütəxəssis bu qərardan narazılığı ifadə edib:

“Meza Kollini tanıyıram, mənim rəhbərliyim altında “Zirə”də oynayıb. Yaxşı futbolçudur. Amma mənə görə milliyə yeni baş məşqçisi təyin olunmamış kimisə milliləşdirmək tələsik addımdır. Bu gun bir çoxları deyir ki, Azərbaycan millisində pas verən 10 nömrə futbolçu yoxdur. Amma mən bununla razı deyiləm. “Neftçi”də Emin Mahmudov, Rəhman Hacıyev, “Sumqayıt”da Rəhim Sadıxov, Aleksye İsayev kimi oyunçularımız var. Bəlkə milliyə elə bir məşqçi gələcək ki, onun sistemində heç “10” nömrəyə ehtiyac olmayacaq”.
 
Ayxan Abbasov xatırladıb ki, bu gun dünyada bir çox yığmalar futbolçuları milliləşdirir:

“Amma məncə, bizdə o mövqe üçün futbolçu milliləşdirməyə ehtiyac yoxdur. Öz oyunçularımıza güvənməliyik. Dediyim kimi, həmin mövqedə oynayacaq yaxşı yerli oyunçularımız var. Mətbuatda “Sumqayıt”ı qınaq obyektinə çevirmişdilər ki, “Sumqayıt” Rusiyadan, İsraildən futboçular gətirib milliləşdirir, azərbaycanlıların qarşısını kəsir. Amma Əmir Ağayev, Rəhim Sadıqov, Aleksey İsayev - bunların hər birinin azərbaycanlı kökü var. Bu gun sual verə bilərik ki, Meza Kollini milliləşdirməklə azərbaycanlının qarşısını kəsmirikmi? Maraqlı mövzudur. Yəqin fikirlər fərqli olacaq. Şəxsi fikrim budur ki, tələsməyə ehtiyac yoxdur. Əgər bu, hansısa klubun legionerinin milliləşdiriməsi üçün rol oynayırsa, onda belə qayda qoymaq olar ki, Azərbaycan çempionatında 5 il oynayan legioner yerli sayılsın. Mənim fikrimcə, bu gün millidə gənclərə üstünlük verməliyik. Bəlkə də indi nəticə baxımından itirərik, amma gələcək üçün futbolçu qazanarıq”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq