"Atletiko"nun "Liverpul"u məğlub etməsinə təəccüblənmədim" - Messi

"Atletiko"nun "Liverpul"u məğlub etməsinə təəccüblənmədim" - Messi
DÜNYA FUTBOLU 20 Fevral 2020 / 12:18 4000
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi "Atletiko"nun Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul" üzərində 1:0 hesablı qələbəsinə münasibət bildirib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı hücumçu Madrid klubunun qalibiyyətinə təəccüblənmədiyini deyib:

"Mən "Liverpulla" matçda "Atletiko" qələbəsinə təəccübləndimmi? Əgər düzünü bilmək istəyirsinizsə, xeyr. Paltardəyişmə otadğın püşkatma günündə bu komandalar arasında bərabər mübarizə olacağını danışırdıq. "Atletiko" Çempionlar Liqasına tez-tez oynayır və iki oyunluq qarşıdurmalarda çox güclü olduğunu bir daha göstərdi. Düşünürəm ki, Simeone çox gözəl bir iş gördü. İldən-ilə komanda yenilənir, futbolçular gəlirlər və gedirlər, amma klub eyni ideya oynamağa davam edir".


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"