Millimizin üzvü meydandan qovuldu

Millimizin üzvü meydandan qovuldu
XƏBƏR 20 Fevral 2020 / 00:40 2620
-  A +

Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda 20-ci turdan təxirə salınmış görüşdə səfərdə "Rayo Valekano" ilə qarşılaşıb. Matçda qolsuz heç-heçə qeydə alınıb.

Start heyətdə meydana çıxan İsrafillov 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, “Albasete” hazırda 30 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi