"Mançester Siti" UEFA-dan növbəti cəzanı ala bilər

 "Mançester Siti" UEFA-dan növbəti cəzanı ala bilər
DÜNYA FUTBOLU 19 Fevral 2020 / 12:50 4207
-  A +

UEFA "Mançester Siti"ni ilə bağlı araşdırmaları davam etdirir.

Qol.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb. Qurum klubun 2012-2016-cı illər ərzində bağladığı sponsorluq müqaviləsini araşdırır. 

UEFA Əbu-Dabi şirkəti ilə imzalanan sözləşmənin əsl bazar dəyəri ilə qiymətləndirilib-qiymətləndirilmədiyini və "Mançester Siti"nin sahibinin kommersiya sponsorluğu adı altında kluba investisiya qoyub-qoymayadığını araşdıracaq.

Xatırladaq ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğuna görə “Mançester Siti”ni 2 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın