Sahibkarlara çağırış etdi

Sahibkarlara çağırış etdi
ÖLKƏ FUTBOLU 19 Fevral 2020 / 12:13 3447
-  A +

"Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı".

Bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbirdə deyib. O, məcburiyyətdən tədbir başlar-başlamaz xarici şirkətdən suvenirlərin sifariş olunduğunu söyləyib: "4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı".

E.Məmmədov "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə müqayisədə AVRO-2020 zamanı futbol fan-zonalarına girişin pulsuz olacağını da vurğulayıb: "Bunun üçün bilet sahibi olmağa gərək yoxdur. Tam açıq, əyləncə məkanıdır. Təbii ki, orada qiymətlər Avropadakı kimi olmayacaq, yerli bazara uyğunlaşdırılacaq".

Elxan Məmmədov Bakının dövlət dəstəyi ilə AVRO-2020-nin ev oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb. O, ev sahibliyi etməklə təkcə Azərbaycanı yox, bütöv bölgəni təmsil etdiklərini söyləyib: "Bu, bizim üçün məsuliyyət, siz sahibkarlar üçün isə fürsətdir. Ötən il Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən 38 min nəfər gəlib. İndi isə azı 3 dəfə çox qonağın gələcəyinə əminəm. Sizi bu fürsətdən yararlanmağa çağırıram".

O qeyd edib ki, AVRO-2020-nin fan-zonalarda hər bir məhsul satılacaq: “Eyni məhsulu satmaqla, bir-birilərinə rəqabət yaradılmayacaq. Qiymətlər tariflərə uyğun olacaq. Tarifləri isə tender vaxtı açıqlayacağıq".

Milli assosiasiya rəsmisi çempionat oyunları zamanı süni qiymət artımına da münasibət bildirib: "Biz şəhərə nəzarət edə bilmərik. Paytaxtdakı restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil. Otellərdə qiymət artımı 30 faizdən çox olmamalıdır. Elə etməliyik ki, bura gələn turist bir neçə ildən sonra yenidən ölkəmizə öz ailəsi ilə yenidən qayıtsın. Əvvəllər restoranlar xaricdən gələnlər üçün ayrı, yerlilər üçün fərqli qiymətlər təklif edirdilər. Bunun qarşısı alındı. Özümüz də xidmətlərin ucuz olduğu yerlərə gedirik".

Sonda KOBİA və AFFA arasında əməkdaşlığa dair memorandum imzalanıb ("Report").

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı