Beqoviç Prosineçkini ikiüzlü adlandırdı

Beqoviç Prosineçkini ikiüzlü adlandırdı
XƏBƏR 19 Fevral 2020 / 11:58 2966
-  A +

"Yığmanın baş məşqçisi Duşan Bayeviç və köməkçiləri məni ziyarət etdi. Əgər məşqçi səninlə görüşürsə, hər şeyin düzünü deməlidir. Bu, ən yaxşı yoldur”.

Qol.az xəbər verir ki, bu sözləri “Milan”ın qapıçısı Asmir Beqoviç Bosniya mətbuatına açıqlamasında deyib.

“Qarabağ”ın sabiq qolkiperinin uzun fasilədən sonra yenidə Bosniya və Herseqovina millisinə çağırılacağı gözlənilir. Bununla bağlı danışan təcrübəli qapıçı sabiq baş məşqçi Robert Prosineçkinin vaxtında yığmadan kənarda qalmasına da toxunub. O, millimizin də baş məşqçisi olmuş Prosineçkini ikiüzlülükdə ittiham edib:

“Bayeviç oyunçularla açıq danışan biridir. Hər zaman millidə olmuşam, ancaq əvvəlki baş məşqçi (Robert Prosineçki – red.) ikiüzlü adam idi. Mənə və mətbuata başqa sözlər deyirdi. Onun bu hərəkətinə layiq deyildim. İndi ən vacib amil problemləri həll etməkdir. Hamımız Avropa çempionatını arzu edirik. Bunu gerçəkləşdirmək üçün imkanlarımız var".

Asmir Beqoviçin atası Amir Beqoviç isə ötən il oğlunun növbəti dəfə Bosniya və Heresqovina yığmasına çağırılmamasına münasibət bildirərkən Prosineçkini təlxək adlandırmışdı.

Xatırladaq ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord