Türkiyə çempionatında gözəl görüntü - Video

Türkiyə çempionatında gözəl görüntü -  Video
XƏBƏR 18 Fevral 2020 / 21:49 2911
-  A +

Türkiyənin 1-ci liqasının 22-ci turunda "Fatih Karagümrük" - "Giresunspor" matçında maraqlı hadisə baş verib.

Qol.az xəbər verir ki, oyun vaxt meydançaya it daxil olub. Bu səbəbdən də görüş dayandırılıb.

Meydan sahibi komandanın futbolçusu cərimə zəbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topla oynayan iti meydandan çıxarsalar da, o, yenidən gəlib. Bu vaxt "Fatih Karagümrük"ün kapitanı onu qucağına alaraq meydançanın kənarına aparıb. Yenə də meydançaya daxil olan it texniki zonadan çıxarılıb.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın