"Qalatasaray" derbiyə itki ilə çıxacaq

"Qalatasaray" derbiyə itki ilə çıxacaq
XƏBƏR 18 Fevral 2020 / 19:46 2770
-  A +

"Qalatasaray"ın futbolçusu  Mario Lemina sıradan çıxıb.

Qol.az "Hüriyyət"ə istinadən xəbər verir ki, Superliqanın 22-ci turunda "Malatyaspor"la matçda (1:0)  zədələnən yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 26 yaşlı fransalı futbolçu buna səbəbdən 23-cü turda səfərdə "Fənərbaxça" ilə oyunu buraxmalı olacaq.

Bundan əlavə oyunçunun "Gənclərbirliyi" və "Sivasspor"la matlarda da iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü 23 fevral 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı