"Koutinyonun gedişindən sonra "Liverpul" daha da gücləndi"

"Koutinyonun gedişindən sonra "Liverpul" daha da gücləndi"
XƏBƏR 18 Fevral 2020 / 18:29 3240
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la matçdan əvvəl təşkil olunan mətbuat konfransında rəqibin sabiq futbolçusu Felipe Koutinyo haqqında danışıb.

Qol.az xəbər verir ki, argentinalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin gedişindən sonra "mersesaydılar"ın daha da gücləndiyini vurğulayıb:

"Klopp Koutinyo ayrılandan sonra da komandanı inkişaf etdirməyə davam etdi. Koutinyo gedəndə elə görünürdü ki, komanda dağılacaq. Amma tam əksi oldu. "Liverpul" Koutinyonun gedişindən sonra daha da gücləndi. Bu vəziyyət hazırda "Liverpul"un heyətində olan futbolçular haqnda çox şeyi deyir".

Qeyd edək ki, "Atletiko" - "Liverpul" görüşü bu gecə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, F.Koutinyo 2018-ci ildə 160 milyon avro qarşılığında İngiltərə klubundan "Barselona"ya transfer olunub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın