"Hamı yaxşı bilir ki, Poqba "Mançester Yunayted"dən ayrılmaq istəyir"

"Hamı yaxşı bilir ki, Poqba "Mançester Yunayted"dən ayrılmaq istəyir"
XƏBƏR 18 Fevral 2020 / 15:18 2514
-  A +

"Syudad Real"ın (İspaniya) futbolçusu Matias Poqba qardaşı - "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba haqda danışıb.

Qol.az goal.com-a istinadən yaydığı xəbərə görə, o, 26 yaşlı oyunçunun İngiltərə klubundan ayrılmağı planlaşdırdığını təsdiqləyib:

"Hamı yaxşı bilir ki, Pol "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, Çempionlar Liqasında oynamaq və titul qazanmağə hədəfləyir. Hamımız bilirik ki, "Mançester Yunayted"də bunlar olmayacaq. Ona görə yayda nələrin olacağına baxacağıq".

Qeyd edək ki, Poqbanın "Yuventus"a qayıtmaq istədiyi iddia olunur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın