Kosta "Atletiko"nun sifariş ərizəsində - Noyabrdan oynamır

Kosta "Atletiko"nun sifariş ərizəsində - Noyabrdan oynamır
DÜNYA FUTBOLU 18 Fevral 2020 / 14:01 1971
-  A +

"Atletiko"nun futbolçusu Dieqo Kosta zədəsini tam sağaldıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçunun adı Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la ilk oyun üçün sifariş ərizəsində yer alıb.  Beləliklə, baş məşqçi Dieqo Simeone şans verəcəyi təqdirdə, o, bu matçda iştirak edəcək.

Qeyd edək ki, Kosta zədə səbəbindən noyabrdan oynamır.

Əlavə edək ki, "Atletiko" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord