Cavidə sərt cəza verildi - Hakimi söydüyünə görə

Cavidə sərt cəza verildi - Hakimi söydüyünə görə
PREMYER LİQA 18 Fevral 2020 / 13:11 5140
-  A +

AFFA “Zirə”nin kapitanı Cavid Hüseynov barədə sərt qərar verib.

Qol.az xəbər verir ki, qurumun İntizam Komitəsi futbolçu barədə 4 oyunluq cəza verib. Qərarda bildirilir ki, Premyer Liqanın 17-cu turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Cavid Hüseynov hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alarıb. Bu səbəbdən o, 4 oyun cəzalanmaqla yanaşı, klubu 3200 manat cərimə olunub.

Bundan başqa, Premyer Liqanın 17-ci turunun “Səbail” – “Qəbələ” oyununda qonaq komandanın futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın 17-ci turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klub 800 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı