"Liverpul" ÇL-ə vəsiqəni təmin etdi

"Liverpul" ÇL-ə vəsiqəni təmin etdi
DÜNYA FUTBOLU 18 Fevral 2020 / 11:35 3748
-  A +

"Liverpul" 2020/2021 mövsümü üçün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Qol.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 26-cı turunda "Çelsi"nin "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzmasından sonra rəsmiləşib. Bu nəticədən sonra  Yurgen Kloppun komandasının bu mövsümün sonunda turnir cədvəlini ən azı 4-cü pillədə bitirəcəyi dəqiqləşib.

Hazırda turnir cədvəlinin 4 və 5-ci pilləsində qərarlaşan "Çelsi"nin 41, "Tottenhem"in isə 40 xalı var. Bu komandalar mövsümün sonunda maksimum 74 və 73 xal toplaya bilər. "Liverpul"un 76 xalı olduğu üçün sözügedən klublar onu qabaqlaya bilməyəcək.  

Beləliklə, "Liverpul" növbəti mövsüm ÇL-in qrupunda iştirak hüququ qazanan ilk komanda olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı