Sarri “Yuventus”un rekordunu təkrarladı

Sarri “Yuventus”un rekordunu təkrarladı
DÜNYA FUTBOLU 17 Fevral 2020 / 16:28 3160
-  A +

A Seriyasının 24-cü turunda evdə "Breşia" üzərində qələbə (2:1) "Yuventus" üçün əlamətdar olub.
 
Qol.az xəbər verir ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda bu mövsüm 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis "Yuventus" un tarixində bu uğura imza atan ikinci məşqçidir.  Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə  Karlo Parola olub.
 
Qeyd edək ki, “Yuventus” 57 xalla turnir cədvəlində liderlik edir.

Son xəbərlər