"Barselona"nın transferinə yaşıl işıq

"Barselona"nın transferinə yaşıl işıq
DÜNYA FUTBOLU 17 Fevral 2020 / 16:00 4501
-  A +

Avropada transfer pəncərəsinin bağlanmasına baxmayaraq, “Barselona” qarşıdakı 15 gün ərzində heyətinə yeni futbolçu cəlb edə bilər.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, buna La Liqanın tibbi komissiyası icazə verib. Kataloniya klubu hücumçuları Luis Suares və Usman Dembelenin zədəli olmasına görə qurumdan bu icazəni istəyib və müsbət cavab alıb.

“Barselona” yeni alınacaq futbolçunun xidmətindən yalnız İspaniya La Liqasında istifadə edə bilər.

Qeyd edək ki, Suaresin 4, Dembelenin isə 6 ay meydana çıxa bilməyəcəyi açıqlanıb. Hər iki futbolçu əməliyyat olunub.

Son xəbərlər