Nazarovdan Almaniyada növbəti qol

Nazarovdan Almaniyada növbəti qol
XƏBƏR 16 Fevral 2020 / 18:52 2548
-  A +

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Holsteyn Kil"lə qarşılaşıb və 1:2 hesabı uduzub.

64-cü dəqiqədə meydana çıxan Nazarov 6 dəqiqə sonra komandasının təsəlli qolunu vurub. Bu, Nazarovun cari mövsümdə 8-ci qoludur.
 
Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 8-cı pillədə qərarlaşıb.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"