"İstefa tələbini normal qəbul edirəm" - Zaur Həşimov

"İstefa tələbini normal qəbul edirəm" -  Zaur Həşimov
ÖLKƏ FUTBOLU 15 Fevral 2020 / 17:30 3418
-  A +

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 17-cı turunda “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Geniş danışılası bir şey yoxdur. Pis odur ki, böyük hesabla, evdə məğlub olduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdir. Təslim olmaq fikrimiz yoxdur, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdır, komandanın daxilində görüləcək.

- Komanda son 2 oyunda 3 qırmızı vərəqə alıb. Belə intizamsızlığa səbəb nədir?

- Əsəblərə hakim olmamaq ən böyük problemdir. Yəqin qələbə istəyinin çox olmasından irəli gəlir. Hər iki oyundan əvvəl danışığımız olub. Turnir cədvəlində elə bir pillədəyik ki, irəli də gedə bilərik, geriləyə də. Bu da futbolçuları təzyiq altında saxlayır.

- Azarkeşlər istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədir?

- Azarkeşin istefa tələb etməsi normaldır. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefa tələbini normal qəbul edirəm.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı