İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Əfqan Xaşalov startda Fransa idmançısına vaxtından əvvəl qalib gəlsə də, alman rəqibinə 1/4 finalda uduzub.
Püşk Əli Rəhimzadəni startda olimpiya, dünya və 3 qat Avopa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz titullu rəqibiylə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək böyükhesablı qələbəyə sevinib. Rəhimzadənin rumıniyalı həmkarıyla dueli ağır keçib. Son saniyələrdə aldığı xal Əlini yarımfinala yüksəldib. Rəhimzadə finalın bir addımlığında Belarus güləşçisinə məğlub olub və fevralın 15-də bürünc medal üçün mübarizə aparacaq.
Ağahüseyn Mustafayev ilk mərhələdə Ermənistan idmançısıyla üz-üzə gəlib. Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən həmyerlimiz inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib. Həmyerlimiz daha sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də sıradan çıxaran Ağahüseyn yarımfinala adlayıb. Mustafayev Moldovadan olan həmkarına da qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millimizin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Son dəqiqəyə kimi 3 qat Avropa çempionumuz hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. Həsənovun növbəti görüşü də asan keçməyib. Cəbrayıl Rumıniya güləşçisiylə mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisinə gücünü göstərən Həsənov yarımfinala vəsiqə qazanıb. Ancaq təcrübəli güləşçimiz Rusiya güləşçisinə yenilərək finala çıxa bilməyib. Cəbrayıl fevralın 15-də üçüncü yer üçün güləşəcək.
Nurməhəmməd Hacıyev startda Macarıstan pəhləvanını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda olimpiya, 4 qat dünya və 3 qat Avropa çempionu Abdulrəşid Sadullayevlə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Hacıyev fevralın 15-də təsəlliverici görüşə çıxacaq.
57 kq
1/8 final: Əfqan Xaşalov - Valentin Damur (Fransa) - 11:0
1/4 final: Əfqan Xaşalov - Castin Cunior Ler (Almaniya) - 2:8
65 kq
1/8 final: Əli Rəhimzadə - Vladimir Xinceqaşvili (Gürcüstan) -7:0
1/4 final: Əli Rəhimzadə - George Bukur (Rumıniya) - 3:2
1/2 final: Əli Rəhimzadə - Niurqun Skriabin (Belarus) - 1:5
Bürünc medal görüşü: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova) / İsmayıl Musukayev (Macarıstan)
70 kq
Təsnifat: Ağahüseyn Mustafayev - Gevorq Mxeyan (Ermənistan) - 15:8
1/8 final: Ağahüseyn Mustafayev - Viktar Serada (Belarus) - 8:2
1/4 final: Ağahüseyn Mustafayev - Aleksey Boruta (Ukrayna) - 5:2
1/2 final: Ağahüseyn Mustafayev - Mixail Sava (Moldova) - 5:2
FİNAL: Ağahüseyn Mustafayev - Maqomedmurad Hacıyev (Polşa)
79 kq
Təsnifat: Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) - 3:3
1/8 final: Cəbrayıl Həsənov - Omarasxab Nacmudinov (Rumıniya) - 8:8
1/4 final: Cəbrayıl Həsənov - Arman Avaqyan (Ermənistan) - 8:4
1/2 final: Cəbrayıl Həsənov - Maqomed Ramazanov (Rusiya) - 2:4
Bürünc medal görüşü: Cəbayıl Həsənov - Batuhan Demircin (Türkiyə) / Axşarbek Qulayev (Slovakiya)
97 kq
1/8 final: Nurməhəmməd Hacıyev - Pavel Oleynik (Macarıstan) - 7:2
1/4 final: Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) 4:10
Təsəlliverici görüş: Nurməhəmməd Hacıyev - Maqomedqadci Nurov (Makedoniya) / İbrahim Bölükbaşı (Türkiyə)
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın