"Bir həftə ərzində çalışdığımız epizoddan qol buraxdıq" - Ayxan Abbasov

"Bir həftə ərzində çalışdığımız epizoddan qol buraxdıq" - Ayxan Abbasov
PREMYER LİQA 8 Fevral 2020 / 20:02 2557
-  A +

"Əlbəttə, oyuna yaxşı köklənmişdik. Futbolçularımıza 3 xal istədiyimizi demişdik. Onlarda oyun planında inkişafı görürük. Amma imkanlarımızdan yararlana bilmirik".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov  Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, bir həftə ərzində çalışdıqları epizoddan qol buraxdıqlarını bildirib: "Davit Volkovun belə keçidlərinin olduğunu bilirdik. Amma belə bir epizoddan qol buraxdıq. Hər halda qələbəyə nail olduq. Nəticədən əlavə, yoxlama görüşlərində istədiyimiz oyunu çempionat qarşılaşmalarında göstəririk. Gənclərimiz də inkişaf edir. Elvin Cəfərquliyev və Süleyman Əhmədovun oyunu xoşumuza gəlir. Bu gün Nəbi Məmmədovdan da yararlandıq".

Abbasov "Zirə"nin 9 nəfərlə qalması ilə bağlı deyib: "Zirə"nin 9 nəfərlə qalmasından sonra tempin aşağı düşməsi və rəqibin arxaya çəkilməsi komandamın çıxışına təsirsiz ötüşmədi. Bu, sırf nəticəyə bağlı idi. Bu gün qələbəyə ehtiyacımız var idi".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı