"Neftçi" "Qarabağ"la heç-heçə etdi, "Sumqayıt" yenidən 4-cü pillədə

"Neftçi" "Qarabağ"la heç-heçə etdi, "Sumqayıt" yenidən 4-cü pillədə
PREMYER LİQA 8 Fevral 2020 / 21:50 16029
-  A +

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

Qol.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

"Sumqayıt" "Zirə"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə "Sumqayıt" turnir cədvəlində "Zirə"ni geridə qoyaraq yenidən 4-cü pilləyə yüksəlib.

Turun son və mərkəzi oyununda - Azərbaycan derbisində isə "Qarabağ" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu nəticə ilə lider "Qarabağ" "Neftçi" ilə 8 illik xal fərqini qoruyub. Bakı təmsilçisi isə "Keşlə"ni keçərək 2-ci pilləyə yüksəlib.

8 fevral

20:00. “Qarabağ” – “Neftçi” - 0:0
Hakimlər
: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu

17:30. “Sumqayıt” – “Zirə” - 2:1
Qollar:
Elvin Cəfərquliyev, 13 (1:0), Ağabala Ramazanov, 35 (1:1), Xəyal Nəcəfov, 66 (2:1)
Qırmızı vərəqələr: İlkin Muradov, 37 ("Zirə"), Ağabala Ramazanov, 68 ("Zirə")
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”



7 fevral

“Keşlə” –“ Səbail” - 0:1

“Sabah” – “Qəbələ” - 3:2


N Klublar O Q H M T-F X
1 Qarabağ 16 10 5 1 25-7 35
2 Neftçi 16 7 6 3 23-12 27
3 Keşlə 16 7 5 4 20-14 26
4 Sumqayıt 16 6 4 6 21-22 22
5 Zirə 16 5 5 6 21-24 20
6 Sabah 16 4 4 8 17-22 16
7 Səbail 16 4 3 9 11-25 15
8 Qəbələ 16 3 4 9 17-29 13


Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 6 qol
Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol
Nicat Süleymanov ("Zirə") - 4 qol

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı