Azərbaycanda yeni idman jurnalı təqdim olundu - Şəkillər, Video

Azərbaycanda yeni idman jurnalı təqdim olundu - Şəkillər, Video
XƏBƏR 3 Fevral 2020 / 20:44 2441
-  A +

Azərbaycanda yeni idman jurnalı nəşrə başlayıb. 

Qol.az xəbər verir ki, “Çapar Sport” adlanan idman dərgisi “Çapar Yayımları”nın yeni layihəsidir. 

Jurnalın əsas hədəfi bütün idman növlərini özündə əks etdirmək, oxuculara maraqlı məlumatlar, təhlillər, müəllif yazıları və müsahibələr təqdim etməkdir. 

Ayda bir dəfə çapı nəzərdə tutulan dərginin təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Zaur Xudiyevdir.

Fevralın 2-də təntənəli şəkildə təqdimat mərasimi keçirilən “Çapar Sport”un qonaqları arasında tanınmış idman jurnalistləri, klub rəsmiləri, idmançılar və oxucular olub. 

Jurnalın ilk sayında Elmar Abdulla-zadə, Rüfət Məcid, Sahib Əsədbəyli, Rəfiqə Əziz kimi tanınmış jurnalistlərin yazıları, həmçinin üçqat Avropa və üçqat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Hacı Əliyevlə müsahibə dərc olunub. 

Bundan əlavə, Azərbaycan şahmatının ən parlaq nümayəndəsi Şəhriyar Məmmədyarov, NBA ulduzu LeBron Ceyms, mərhum “Formula 1” pilotu Ayrton Senna haqqındakı yazılar da oxucuların marağına səbəb olacaq.

























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər