Kristian Eriksen rəsmən "İnter"də

Kristian Eriksen rəsmən "İnter"də
DÜNYA FUTBOLU 28 Yanvar 2020 / 17:18 4754
-  A +

"Tottenhem"in futbolçusu Kristian Eriksenin "İnter"ə keçidi rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya mətbuatı bu transfer üçün A seriyası təmsilçisinin 20 milyon avro ödədiyini yazıb. Danimarkalı futbolçunun yeni klubunda ilinə 10 milyon avro qazanacağı bildirilib.

Xatırladaq ki, K.Eriksenin "Tottenhem"lə müqaviləsi bu mövsümün sonu başa çatırdı.


Son xəbərlər