"Bir dəfə mənə Kasilyasın formasını hədiyyə etdilər" - Tibo Kurtua

"Bir dəfə mənə Kasilyasın formasını hədiyyə etdilər" - Tibo Kurtua
DÜNYA FUTBOLU 28 Yanvar 2020 / 17:07 2610
-  A +

"Xəyalımı gerçəkləşdirmək, "Real"da oynamaq, 2 kubok qazanmaq və çempionluq uğrunda mübarizə aparmaq  çox gözəl hissdir. Hər gün Valdebebasa gələndə bu barədə düşünürəm. Gələcəkdə daha böyük sevinclər yaşamaq üçün çalışırıq".

Qol.az xəbər verir ki, bu sözləri "Real"ın qapıçısı Tibo Kurtua komandası haqda klubun saytına danışarkən dilə gətirib.

Belçikalı qolkiper "kral klubu" haqqında olan xatirələrinin  komandanın sabiq qapıçısı İker Kasilyasla bağlı  olduğunu deyib: "Real"ın barəsində ilk xatirələrim İker Kasilyasın oyunları ilə əlaqədardır. Uşaq ikən onu tanıyıb, komandanı izləməyə başlamışam. Anam fizioterapevt olub. Onun "Real" azarkeşi olan və matçlara gedən xəstəsi vardı. Bir dəfə mənə Kasilyasın formasını hədiyyə etdilər. O andan sonra həmişə bu komandanı izlədim və burada oynamağı arzuladım".

Qeyd edək ki, İ.Kasilyas 1998-2015-ci illərdə Madrid təmsilçisinin formasını geyinib.

Xatırladaq ki, T.Kurtua 2018-ci ildən "Real"da çıxış edir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı