Süleymanovun tədbiri baş tutmadı - AFFA-nı günahlandırır

Süleymanovun tədbiri baş tutmadı - AFFA-nı günahlandırır
ÖLKƏ FUTBOLU 24 Yanvar 2020 / 14:15 3252
-  A +

Bu gün Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin Bakıdakı otellərdən birində keçirməsini nəzərdə tutduğu mətbuat konfransı baş tutmayıb.

Qol.az xəbər verir ki, tədbir son anda təxirə salınıb. Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov jurnalistlərə deyib ki, otelin rəhbərliyi texniki səbəblərlə əlaqədar tədbirin keçirilməsinin mümkün olmayacağını bildirib. Lakin N.Süleymanov problemin yaranmasında AFFA-nın rolu olduğunu deyib.

Qurumun nümayəndəsi Anar Xanlarov isə Qol.az-a deyib ki, oteldən onlara konfrans salonuna su damdığını deyiblər: “Amma biz belə bir şey müşahidə etmədik. Bizə elə gəlir ki, otelə AFFA tərəfdən təzyiq olub. Əvvəlcədən razılıq olmuşdu. Otelə beh də vermişdik. Hazırda konfransında başqa oteldə keçirilməsi üçün danışıqlar gedir”.

Qeyd edək ki, mətbuat konfransında futboldakı problemlə əlaqədar ölkə Prezidentinə müraciət ediləcəyi gözlənilirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı