"Beşiktaş" Avcını göndərdi - Rəsmi+Yenilənib

"Beşiktaş" Avcını göndərdi - Rəsmi+Yenilənib
DÜNYA FUTBOLU 24 Yanvar 2020 / 20:54 6350
-  A +

“Beşiktaş” baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 56 yaşlı mütəxəssisə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, son olaraq Türkiyə kubokunun 1/16 final mərhələsində “Erzurumspor”a evdə 2:3 məğlub olan “Beşiktaş” mübarizəni erkən dayandırıb. Bundan sonra azarkeşlər sosial şəbəkələrdə Abdullah Avcının istefasını tələb ediblər.

Qeyd edək ki, Avcı mövsümün əvvəlində “Başakşəhər”dən “Beşiktaş” keçmişdi. İstanbul klubu hazırda Superliqada 30 xalla 7-ci pillədədir və lider "Sivasspor"dan 10 xal geridədir.

Bizi Feysbukda da izləyin!


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"