"Ronaldonun oyununda nəyi daha yaxşı edəcəyimi bilmirəm" - Sarri

"Ronaldonun oyununda nəyi daha yaxşı edəcəyimi bilmirəm" - Sarri
DÜNYA FUTBOLU 23 Yanvar 2020 / 12:39 3554
-  A +

"Yuventus"un baş məşqçisi Maurisio Sarri futbolçusu Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, ölkə kubokunda "Roma"ya 3:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vuran portuqaliyalı hücumçu bağlı deyib:
 
"Ronaldo hazırda qeyri-adi fiziki və psixoloji durumdadır. Qərarlı oynayır və qollarını vurur. Ronaldonun oyununda nəyi daha yaxşı edəcəyimi bilmirəm. Bəlkə bəzi müdafiə anlarında yaxşı ola bilər. Onun hazırkı formasında mənim xidmətlərimin olduğunu deyə bilmirəm. Ronaldo kimi nümunəvi övlad yetişdirdiyi üçün anasını təbrik etmək lazımdır".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı