Klubu "Qarabağ"ın alacağı futbolçunun harada olduğunu bilmir

Klubu "Qarabağ"ın alacağı futbolçunun harada olduğunu bilmir
XƏBƏR 23 Yanvar 2020 / 11:59 6933
-  A +

“Kordoba"nın idman direktoru Alfanso Serrano bu mövsümün ilk hissəsini komandada icarə əsasında çıxış edən  Ovusu Kvabena haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, "Qarabağ"ın transfer etmək istədiyi və müqavilə ilə "Leqanes"ə məxsus olan qanalı hücumçunun harada olması ilə bağlı sualı belə cavablandırıb: "Ovisinin harada olduğunu həqiqətən də bilmirəm".

Qeyd edək ki, O.Kvabenanın "Kordoba"nın düşərgəsini icazəsiz tərk etdiyi və Madrid getdiyi bildirilib. 22 yaşlı oyunçunun Ağdam klubu ilə müqavilə imzalamaq üçün bu addımı atdığı vurğulanıb.

Əldə etdiyimiz xəbərə görə, Alfanso Serrano ilə “Qarabağ” arasında danışıqlar müsbət yekunlaşmaq üzrədir. Futbolçunun qısa zamanda Antalyada “Qarabağ”ın düşərgəsinə qoşularaq Ağdam klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Bizi Feysbukda da izləyin!

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord