Üç oyunda iki qələbə

Üç oyunda iki qələbə
ÖLKƏ FUTBOLU 22 Yanvar 2020 / 19:11 3246
-  A +

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə gerçəkləşdirən “Zirə” Antalya toplanışını başa vurub.

Qol.az xəbər verir ki, Zaur Həşimovun baş məşqçisi olduğu komanda qonşu ölkədə üç yoxlama oyununda qüvvəsini sınayıb.

Yanvarın 11-də Türkiyənin “Ümraniyespor” klubu ilə görüşən “qartallar” 0:3 hesabı ilə uduzub. Beş gün sonra Rumıniyanın “Sepsi”, ayın 21-də isə Serbiyanın “Napredak” komandaları ilə görüşən “Zirə” hər iki qarşılaşmada eyni hesabla qalib gəlib – 2:0. İlk oyunda hər iki qola Riçard Qadze imza atıb. Serbiya təmsilçisi ilə görüşdə də toplardan birini qanalı vurubsa, digər qol yeni transfer Davit Volkovun hesabındadır.

Ümumilikdə, 3 oyunda 2 qələbə qazanan “Zirə” 1 dəfə məğlub olub. Rəqib qapılarına 4 dəfə yol tapan futbolçular 3 qol buraxıblar. Komanda qollarına iki oyunçu imza atıb. Qış bombardiri Riçard Qadze 3, Davit Volkov isə 1 dəfə fərqlənib. Afrikalı bir toplanışda 3 qol vuran ilk futbolçu olub.
Tarixində 10-cu dəfə toplanış üçün Türkiyəyə yollanan “Zirə”nin keçirdiyi beynəlxalq yoxlama oyunlarının sayı 29-a çatıb. Bu matçlarda 13 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib, 11 dəfə uduzub. 40 qol vuran futbolçular 28 top buraxıblar.

Beşinci dəfə qış fasiləsini qonşu ölkədə gerçəkləşdirən “Zirə” 14 dəfə xarici klublarla üz-üzə gəlib. Bu matçlarda heç-heçə qeydə alınmayıb. 8 qələbəsi olan komanda 6 dəfə uduzub. Qışda 15 qol vuran futbolçular eyni sayda top buraxıblar.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord