"Almeyda meydanda əsl liderdir" - Şefer

"Almeyda meydanda əsl liderdir" -  Şefer
ÖLKƏ FUTBOLU 22 Yanvar 2020 / 15:10 7031
-  A +

"Baniyas"ın (BƏƏ) baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda danışıb.

Qol.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin komanda üçün dəyərli əlavə olduğunu bildirib:

"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" - deyə Şefer qeyd edib.

Xatırladaq ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən millimizin üzvü 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi