De Brüyne Premyer Liqanın tarixinə düşdü

De Brüyne Premyer Liqanın tarixinə düşdü
DÜNYA FUTBOLU 22 Yanvar 2020 / 13:26 2730
-  A +

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Qol.az xəbər verir ki, beçikalı yarımmüdafiəçinin rekordu son turda “Şeffild Yunayted”lə oyunda qeydə alınıb. Serxio Aqueronun yeganə qolunun ötürməsini edən futbolçu Premyer Liqada 3 mövsümdə 15 və daha artıq asist edən ilk futbolçu olub.

Qeyd edək ki, De Brüyne 2016-17 mövsümündə 18, 2017-18 mövsümündə isə 16 qol ötürməsi edib.

Son xəbərlər