İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər açıqlandı - Siyahı

İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər açıqlandı - Siyahı
XƏBƏR 18 Yanvar 2020 / 18:39 1972
-  A +

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb.

İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını təqdim edirik:
 
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
 
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
 
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
 
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer


1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı