"O, zədələnə bilməz, çünki ayaqlarında əzələ yoxdur" - Qvardiola

"O, zədələnə bilməz, çünki ayaqlarında əzələ yoxdur" - Qvardiola
DÜNYA FUTBOLU 17 Yanvar 2020 / 19:30 8417
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Riyad Mahrez haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, əlcəzairli yarımmüdafiəçinin bu mövsümkü oyunundan təəccübləndməyini deyib:

"Ötən mövsümlə müqayisədə hazırda daha çox oynayır. Ancaq ötən mövsüm də yaxşı səviyyədə idi. O, futbol oynamağı sevir. Zədələrinin olmamasına gəlincə, o, zədələnə bilməz, çünki ayaqlarında əzələ yoxdur. Rəqibin qapısında oynayan zaman qeyri-adi və xüsusi bir şey edir. Mən həmişə hiss edirəm ki, Riyad müxtəlif mövqelərdən qol vura bilər".

Bizi Feysbukda da izləyin!


Son xəbərlər