Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlıq çərçivəsində ikinci yoxlama oyununda Rumıniyanın “Sepsi” klubuna 2:0 hesabı ilə qalib gəlib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “qartallar”ın qonşu ölkədəki beynəlxalq sınaq matçlarında 12-ci qələbəsi olub. 28-ci belə görüşünə çıxan komandanın hesabında 5 heç-heçə və 11 məğlubiyyət də var. 38 qol vuran “Zirə” 28 top buraxıb.
“Sepsi” ilə matçda hər iki qola Riçard Qadze imza atıb. Bununla da qanalı hücumçu “Zirə”nin beynəlxalq yoxlama görüşlərindəki vahid bombardiri olub. 2017-ci ilin yayında “Kolumbe Sportive” (Kamerun) üzərindəki 8:0 hesablı qələbəyə də dublla töhfə verən forvard ümumilikdə 4 dəfə fərqlənib.
Qadze Türkiyədə xarici klublarla matçlarda hərəyə iki qol vuran Aleksandr Dedov, Kervens Belfort, Luiz Alberto Diez, Mirsahib Abbasov, Orxan Əliyev, Şefik Tiqrudja, Təmkin Xəlilzadə və Vüsal İsgəndərlini arxada qoyub. Digər 18 qola “qartallar”ın hərəyə 1 dəfə fərqlənən 17 futbolçusu və öz qapısını nişan alan rəqib vurub.
Riçard “Zirə”nin Türkiyə toplanışlarında beynəlxalq matçda 3-cü dublunu rəsmiləşdirib. Bunlardan ikisi qanalının hesabındadır. Bir matçda iki qol vuran digər oyunçu Belfortdur ki, o da “Kolumbe Sportive”nin qapısına yol tapıb.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı