Monroz "Neftçi"nin düşərgəsində - Şəkil

Monroz "Neftçi"nin düşərgəsində -  Şəkil
XƏBƏR 17 Yanvar 2020 / 17:00 2527
-  A +

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün iki dəfə məşqə çıxıb. Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub.

Sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb. Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın “LKS Lodz” klubu ilə qarşılaşmış “Neftçi” ayın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord