Klublarımızın qış transferləri - Kimlər gəldi, kimlər getdi?

Klublarımızın qış transferləri -  Kimlər gəldi, kimlər getdi?
PREMYER LİQA 4 Fevral 2020 / 22:15 83580
-  A +

Ötən gün Azərbaycanda qış transfer pəncərəsi başa çatıb.

Qol.az xəbər verir ki, bundan sonra klublar heyətə yalnız azad agent statusu olan futbolçuları cəlb edə bilərlər.

Transfer işində ən fəal "Zirə" və "Sabah" olub. Heyətinə yeni oyunçu cəlb etməyən yeganə klub isə "Sumqayıt"dır.


“Qarabağ”

Gələn: Nicat Mehbalıyev ("Sumqayıt": icarədən qayıdıb), Ovusu Kvabena ("Leqanes")

Gedənlər: Simeon Slavçev, Asmir Beqoviç (icarə müddəti başa çatıb), Riçard Almeyda, Dani Kintana

 

“Neftçi”

Gələnlər: İbrahim Əliyev ("Sumqayıt"), Mirabdulla Abbasov ("Səbail": icarədən qayıdıb), Saman Nəriman Cahan ("Maşınsazi")

Gedənlər: Rauf Əliyev, Kiril Petrov

 

“Keşlə”

Gələn: Şohruh Qadoyev ("Bunyodkor", Özbəkistan), Aleksandr Kristovao ("Al-Mojzel", Səudiyyə Ərəbistanı)

Gedənlər: Şahin Zəkiyev, Murad Qayalı

 

“Sumqayıt”

Gələn: yoxdur

Gedən: İbrahim Əliyev, Ehtiram Şahverdiyev, Nicat Möhbalıyev ("Qarabağ": icarə müddəti başa çatıb)

 

“Zirə”

Gələnlər: Davit Volkov ("Qəbələ"), Ağabala Ramazanov ("Səbail"), Alie Sesay ("Arda", Bolqarıstan), Yovan Krneta ("Levadiakos", Yunanıstan), George Anton

Gedənlər: Soni Norde. Robin Nqalande, Xulio Rodriqes

 

“Sabah”

Gələnlər: Mario Marina ("Qoritsa", Xorvatiya), Marko Deviç ("Vozdovats", Serbiya), Yevgeni Koçuk ("Səbail"), Xulio Rodriqes ("Zirə"), Elgün Nəbiyev, ("Sumqayıt", icarədən qayıdıb)

Gedənlər: Hendrik Ekşteyn, Rocer Roxas 

 

“Qəbələ”

Gələn: Ehtiram Şahverdiyev "(Sumqayıt"), Abrelrafik Jerar (klubsuz), Nikolas Rayseli ("Ostende", Belçika)

Gedənlər: Davit Volkov ("Zirə"), İbrahima Niasse ("Lamiya", Yunanıstan)

 

"Səbail"

Gələn: Murad Qayalı ("Keşlə"), Rauf Əliyev ("Neftçi"), Hendrik Ekşteyn ("Sabah"), Peyman Keşavarz (klubsuz)

Gedənlər: Ağabala Ramazanov ("Zirə"), Elvin Yunuszadə, Mirabdulla Abbasov ("Neftçi"), İqor Korotetski, Yevgeni Koçuk

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı