Turun açılış oyununda 6 qol

Turun açılış oyununda 6 qol
XƏBƏR 14 Dekabr 2019 / 01:30 3025
-  A +

Almaniya Bundesliqasında 15-ci tur başlayıb.

Qol.az xəbər verir ki, turun açılış oyununda "Hoffenhaym" "Auqsburq"u qəbul edib. Matç qonaq komandanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Hoffenhaym" - "Auqsburq" - 2:4
Qollar:
Maks, 11 (0:1), Skov, 14 (1:1), Maks, 51-pen (1:2), Yensen, 56 (1:3), Losadia, 80 (2:3), Laqo, 85 (2:4)

Bu qələbə ilə xalını 20-yə yüksəldən "Auqsburq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb, "Hoffenhaym" 21 xalla 8-cidir.

Turnir cədvəlinə 31 xalla Münhenqladbax "Borussiya"sı başçılıq edir. "Leyptsiq" 30 xalla 2-ci, Dortmund "Borussiya"sı 26 xalla 3-cüdür.


Son xəbərlər