Rüfət Dadaşov növbəti qolunu vurdu

Rüfət Dadaşov növbəti qolunu vurdu
XƏBƏR 14 Dekabr 2019 / 00:40 3018
-  A +

Almaniya 3-cü Bundesliqasında 19-cu tura start verilib.
 
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
 
Qeyd edək ki, Münster klubu  16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı