“Qarabağ”dan nümunəvi addım

“Qarabağ”dan nümunəvi addım
ÖLKƏ FUTBOLU 13 Dekabr 2019 / 16:32 6182
-  A +

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda ötən gün “Düdelanj”la keçirilən oyuna (1:1) bilət alan azarkeşlərlə bağlı nümunəvi addım atıb.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Lüksemburq təmsilçisi ilə görüşə gələn fanatlar növbəti avrokubok mövsümündə pulsuz bilet əldə edəcəklər. Yalnız ödənişli biletlər nəzərə alınacaq.

Ağdam klubunun yaydığı açıqlamada deyilir: “Nəticə gözləmədən, saat fikirləşmədən "Qarabağ"ımızın yanında oldunuz və növbəti avrokubok oyunumuza bilet bizdən hədiyyə!

Oyunu izləyən azarkeşlərimiz bugündən etibarən öz bilet və şəxsiyyət vəsiqəsi ilə İticket satış məntəqələrinə yaxınlaşaraq növbəti avrokubok oyunumuza dünənki yerə pulsuz şəkildə bilet əldə edə bilər”.

Qeyd edək ki, ötən gün “Qarabağ”ı Tofiq Bəhramov adına Respublika stadionunda 5 mindən çox azarkeş dəstəkləyib.

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı