AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov komitənin bu gün keçirilən iclası ilə bağlı Qol.az saytının suallarını cavablandırıb
- Toplantıda nələr müzakirə edildi?
- Daha öncə müzakirə olunacaq məsələlər bəlli idi. Bəzi məsələlərə aydınlıq gəlib. İnanıram ki, bu müzakirələr Azərbaycan futbolunun gələcəyi üçün faydalı olacaq.
-“Qəbələ”nin mövcud vəziyyəti ilə bağlı müzakirənin nəticəsi nə oldu?
- Hazırda “Qəbələ”nin çempionatda iştirak üçün zəmanəti var. Bundan sonra da “Qəbələ” yaşayacaq və onu yaşatmaq üçün AFFA tərəfindən hər bir şey olunacaq. Hazırda ilk addım budur. Növbəti iclasda bu məsələ ciddi müzakirə olunacaq. “Qəbələ”nin zəmanəti kağızı, bank təminatı var. Onu aktivləşdirib, ondan istifadə edib daha sonra növbəti addımlar atacağıq. Ümumi rəydə deyildi ki, “Qəbələ” və onun futbol akademiyası Azərbaycan futbolu üçün faydalı işlər görüb, onun inkişafına təkan verib. Bunları davam etdirmək üçün əllərindən gələni edəcəklər.
- İclasda hansı təklifləriniz olub?
- Bu təklif sırf Yurçeviçlə bağlıdır. Məşqçilər komitəsi olaraq rəy verdik ki, az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, hər məşqçidən böyük nəticə gözləmək olmaz. Ancaq ən vacibi odur ki, bu məşqçi ilə gələcəyə ümidlə baxmaq mümkündür? Yox, bu, çox şübhə altındadır. Hesab edirəm ki, yeni baş məşqçi ilə yolumuzu davam etdirməliyik.
- Yeni baş məşqçi məsələsi müzakirə olundu?
- Rəhbərlik tərəfindən hansısa bir tapşırıq almamışıq. Müzakirələrə həmişə açığıq. Yeni baş məşqçini yerli və ya xarici olacağını demək çox çətindir. Bu, hələ ki, müzakirə olunmur. Ancaq Yurçeviçin hesabatı dinlənilib və onun millidə qalıb-qalmayacağı müzakirə olunub.
-Milliyə yeni baş məşqçi olaraq Prosineçkinin gətiriləcəyi xəbərləri yayılıb.
-Onu mən sizdən eşidirəm. Ümumilikdə onun adı iclasda hallanmayıb. Hələ ki, bu yöndə istiqamət də bəlli olmayıb. Yanvarın əvvəli bizdə konfrans gözlənilir. Ola bilər ki, o iclasda hər şey dəqiqliklə açıqlansın.
- Konfrans yanvarda keçiriləcək?
- Bu, ona görədir ki, nizamnamədə olan dəyişikliklər 25 gündən sonra konfransda öz təsdiqini tapmalıdır. Bundan sonra isə seçkilərə getməliyik. Bəlkə həmin vaxtda yeni baş məşqçi ilə bağlı müzakirələr olsun. Amma hazırda ümumiyyətlə yeni baş məşqçi necə olmalıdır, hansı kriteriyalara cavab verməlidir mövzusu müzakirə olunmayıb. Yalnız Yurçeviçin taleyinə aydınlıq gətirilib.
- İclasın qapalı keçirilməsinin əsas səbəbi nə oldu?
- Məlumatım yoxdur. Mən də iclasa gələndə bundan xəbər tutdum.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın