Yurçeviç millidən göndərildi

Yurçeviç millidən göndərildi
ÖLKƏ FUTBOLU 13 Dekabr 2019 / 12:04 4969
-  A +

AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq qərarı verib.

Qol.az xəbər verir ki, bu barədə qərar hazırda davam edən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qapalı keçirilən yığıncaqda xorvatiyalı məşqçinin hesabatı dinlənilib və onunla başan çatan 1 illik müqavilənin uzadılmaması barədə qərar verilib. 

Xatırladaq ki, Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"