"Qarabağ"la oyun faciəvi idi" - "Düdelanj"ın baş məşqçisi

"Qarabağ"la  oyun faciəvi idi" - "Düdelanj"ın baş məşqçisi
XƏBƏR 11 Dekabr 2019 / 19:54 3146
-  A +

"İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir".

Qol.az-ın məlumatına görə, bu sözləri Lüksemburq "Düdelanj"ının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə son oyun faciəvi idi: "Evdəki maçt müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq".

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-da start götürəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı