Nicat 2 vacib qol vurdu - Komandası yüksək liqaya çıxdı + Video

Nicat  2 vacib qol vurdu - Komandası yüksək liqaya çıxdı + Video
VİDEO 11 Dekabr 2019 / 15:51 4757
-  A +

Azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstanda növbəti qollarını vurub.

Qol.az xəbər verir ki, 1-ci liqada yarışan “Samtredia”nın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi “Sioni”yə qarşı keçirilən təkrar pley-off matçında dubl edib. 4:1 hesabı ilə yekunlaşan görüşdə Nicat 38 və 71-ci dəqiqələrdə fərqlənib.

Bu qələbə sayəsində (ilk matç 0:0) “Samtredia” yüksək liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, N.Qurbanov daha öncə Gürcüstan birinci liqasında 6 qol vurub. Bugünkü görüşdə fərqlənməklə isə o, qol sayını 8-ə yüksəldib.



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı