“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı

“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
ÖLKƏ FUTBOLU 11 Dekabr 2019 / 11:50 6806
-  A +

Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək “Qarabağ” – “Düdelanj” matçına maraq xeyli azdır.

Qol.az-ın xəbərinə görə, oyunun başlamasına bir gün qalsa da, matça cəmi 5100-ə yaxın bilet satılıb. Ehtimal edilir ki, bu gedişlə sabahkı görüşü tribunadan ən yaxşı halda 8-9 min azarkeş izləyəcək. Bu isə “Qarabağ”ın avrokuboklar tarixindəki ev matçlarındakı ən az azarkeş göstəricisi sayılacaq.

Lüksemburq təmsilçisi ilə oyuna marağı az olması isə səbəbsiz deyil. Son tur bu iki klub üçün formal xarakter dayışır. “Qarabağ” hətta qələbə qazansa belə, qrup səddini aşa bilməyəcək.

Ağdam klubunun bu görüşdəki qələbə və heç-heçəsi yalnız Azərbaycanın UEFA-dakı reytinq xalının yüksəlməsi və komandanın qrupu üçüncü yerdə başa vurması baxımdan əhəmiyyətlidir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı saat 21.55-də başlanacaq.

Daha çox


Son xəbərlər