Rüfət Dadaşov qol vurdu

Rüfət Dadaşov qol vurdu
ÖLKƏ FUTBOLU 10 Dekabr 2019 / 00:20 3377
-  A +

Almaniya 3-cü Bundesliqasında 18-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Rüfət 57-ci dəqiqədə meydana çıxıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 75-ci dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.
 
Qeyd edək ki, Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki