Messi "Qızıl top"u nümayiş etdirdi - Video

Messi "Qızıl top"u nümayiş etdirdi - Video
XƏBƏR 9 Dekabr 2019 / 12:04 2487
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın 16-cı turunda "Malyorka" ilə matçdan (5:2) əvvəl "Qızıl top"unu azarkeşlərə nümayiş etdirib.

Qol.az xəbər verir ki, argentinalı hücumçu  üç oğlu ilə birgə meydana çıxıb. "Qızıl top"u meydanda Messiyə böyük oğlu təqdim edib. 32 yaşlı oyunçu azarkeşlərə təşəkkür edib, onlar isə komandanın kapitanını alqışlayıb.

Qeyd edək ki, Messi bu il 6-cı dəfə "Qızıl top"u qazanıb.



Son xəbərlər