Millimizin oyunlarının başlama vaxtı açıqlandı - DÇ-2020

Millimizin oyunlarının başlama vaxtı açıqlandı - DÇ-2020
XƏBƏR 7 Dekabr 2019 / 20:22 3500
-  A +

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Millinin oyunlarının başlama saatı

29 yanvar

20:00. Rusiya - Slovakiya
23:00. Xorvatiya – Azərbaycan
 
30 yanvar

20:00. Azərbaycan – Rusiya
23:00. Xorvatiya – Slovakiya
 
1 fevral

20:00. Slovakiya – Azərbaycan
23:00. Rusiya – Xorvatiya

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord