"20 il səhvən Qvardiolanı izləmişik" - Alleqri

"20 il səhvən Qvardiolanı izləmişik" - Alleqri
DÜNYA FUTBOLU 7 Dekabr 2019 / 10:59 5368
-  A +

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri  "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın oyunu üslubu haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, həmkarının Kataloniya klubunda çalışdığı zaman oynatdığı "tiki-taka" (topu qısa və sürətli ötürmələrlə bir-birinə ötürüb,  daim nəzarət etmək) futbolunun hər kəsə uyğun olmadığını söyləyib:

"Əks-hücum futbolunun möhtəşəm şəkildə geri döndüyünü görürəm. 20 il ərzində səhvən Qvardiolanı izləmişik. Onun futbolu hər kəsə görə deyil. Bunun üçün  İnyesta, Xavi, və Messi kimi oyunçuların olmalıdır".


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq