Eddi üçün 90 dəqiqə

Eddi üçün 90 dəqiqə
XƏBƏR 7 Dekabr 2019 / 00:52 1589
-  A +

Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda 19-cu turda doğma meydanda "Ekstemadura" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Eddi start heyətdə meydana daxil olub və  90 dəqiqə oynayıb. O, 33-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Albasete" hazırda 27 xalla 8-ci  pillədə qərarlaşıb.


Son xəbərlər